|
|
|
|
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Qars Qafqaz Universitetində görüş keçirilib. Görüşdə 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu ilə Qafqaz Universiteti arasında imzalanan memorandum çərçivəsindəki əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.
İnstitutdan 525.az-a bildirilib ki, memorandumun əlaqələrin inkişafına müsbət təsiri nəzərə alınaraq, onun müddətinin daha 5 il uzadılması barədə sənəd imzalanıb.
Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı elmi-praktik əlaqələrin genişləndirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi və digər mövzuları əhatə edir.
Sevinc Qarayeva