525.Az

Rusiya Suriyanın Latakiya sakinlərinə sığınacaq verib


 

Rusiya Suriyanın Latakiya sakinlərinə <b style="color:red"> sığınacaq verib</b>

Rusiya Suriyanın Latakiya sakinlərinə Xmeymim aviabazasında sığınacaq verib.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, qırğınlardan qorxan mülki şəxslər Rusiyanın nəzarəti altında olan aviabazaya buraxılmağa başlayıb.

“Rusiyanın Xmeymim aviabazası öz qapılarını sığınacaq axtaran yerli sakinlərə açıb. Onlar bunun ölüm-dirim məsələsi olduğunu bilə-bilə qurtuluş axtarırdılar. Hərbçilərimiz isə 8 mindən çox - bu, dünənki statistikadır - 8 mindən çox, 9 minə yaxın suriyalıya sığınacaq verib. Söhbət əsasən qadınlardan və uşaqlardan gedir”, - deyə Zaxarova bildirib.

O həmçinin vurğulayıb ki, Rusiya mülki şəxslərə qarşı kütləvi repressiyaları pisləyir. M.Zaxarova əlavə edib ki, Rusiya tərəfi qırğınlarda günahkar olanların hamısının layiq olduqları cəzanı alacağına ümid edir.

İbrahim Cəfərov

 





13.03.2025    çap et  çap et