525.Az

Lukaşenko Putinin ABŞ nümayəndələri ilə danışıqlarının vaxtını açıqladı


 

Lukaşenko Putinin ABŞ nümayəndələri ilə danışıqlarının <b style="color:red"> vaxtını açıqladı</b>

Rusiya dövlət başçısı Vladimir Putin martın 13-14-də ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə Ukraynada atəşkəslə bağlı danışıqlar aparacaq.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko jurnalistlərlə söhbəti zamanı bildirib.

O qeyd edib ki, atəşkəsdən əlavə, tərəflərin müzakirə etməli olduğu bir çox məsələlər var.

“Ölçü götürülməli və müvafiq qərarlar qəbul edilməlidir”, - deyə Balrus prezidenti əlavə edib.

Xatırladaq ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün Moskvaya gəlib.

İbrahim Cəfərov

 





13.03.2025    çap et  çap et