525.Az

“Bir sıra səfirlər Gürcüstanın daxili işlərinə qarışır” - Şalva Papuaşvili


 

“Bir sıra səfirlər Gürcüstanın daxili işlərinə qarışır” - <b style="color:red"> Şalva Papuaşvili</b>

“Avropa İttifaqı (Aİ) ölkələrinin bir sıra səfirləri Gürcüstanın daxili işlərinə qarışır və ikili standartlarla hərəkət edirlər”.

525.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

O qeyd edib ki, Aİ illik bülletenlər buraxır və namizəd ölkələrin tərəqqisini qiymətləndirir. 2024-cü ilin oktyabrında dərc edilmiş sənəddə isə Gürcüstanın nailiyyətləri ümumilikdə müsbət qiymətləndirilib.

“Bir tərəfdən Gürcüstan iqtisadi göstəricilərinə görə bütün namizəd ölkələri qabaqlayır. Digər tərəfdən isə Gürcüstanın radikal müxalifəti və qeyri-hökumət təşkilatları Aİ-yə hesabat verən müxtəlif Avropa fondlarının köməyi ilə maliyyələşir”, - deyə Papuaşvili bildirib.

Spiker əlavə edib ki, müxalifətin məqsədi ölkə iqtisadiyyatını sarsıtmaqdır.

İbrahim Cəfərov

 





14.03.2025    çap et  çap et