|
|
|
|
Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin xarici siyasət idarəsinin Baş katibi Lounes Mokrane ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın Əlcəzairdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Zati-aliləri səfir cənab Tural Rzayevin Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər, Xaricdəki Milli İcma və Afrika Məsələləri Nazirliyinin Baş katibi cənab Lounes Mokrane ilə görüşü”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.