525.Az

"Sabah"ın iki legioneri milli komandalara dəvət aldı


 

"Sabah"ın iki legioneri milli komandalara dəvət aldı<b style="color:red"></b>

“Sabah”ın iki futbolçusu öz ölkələrinin milli komandalarına dəvət alıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bunlar qapıçı Stas Pokatilov və yarımmüdafiəçisi Vinsent Tilldir. Pokatilov Qazaxıstan, Till isə Lüksemburq millisinə dəvət olunub. 

Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə martın 22-də Uels, martın 25-də Lixtenşteynlə qarşılaşacaq. Lüksemburq yığma komandası isə martın 22-də İsveç, martın 25-də isə İsveçrə millisi ilə yoxlama oyunu keçirəcək.

 





13.03.2025    çap et  çap et