Braziliyalı Deolira Qliseriya Pedro da Silva dünyanın ən yaşlı insanı elan edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaperuna şəhərinin sakini olan qarının martın 10-da 120 yaşı tamam olub.
Da Silvaya kimi digər braziliyalı - İna Kanabarro Lukas dünyanın ən yaşlı insanı hesab edilirdi və o, bununla Ginnesin Rekordlar Kitabına düşmüşdü.
Lukas 1908-ci il iyunun 8-də dünyaya gəlib. Xanım da Silva isə 1905-ci il martın 10-da.
Yeri gəlmişkən, onun doğum haqqında şəhadətnaməsi bir müddət əvvəl qohumları tərəfindən tapılıb.
Qeyd edək ki, dünyanın ən yaşlı qadınının hazırda 3 övladı həyatdadır. Onların ən böyüyünün 90 yaşı var.
L.Tağıyeva
çap et