525.Az

Vahid Əzizin şeirləri


 

Vahid Əzizin <b style="color:red">şeirləri</b>

ÇİNGİZ...

 

Etibarlı şair qardaşım Çingiz ƏLİOĞLUnun Doğum gününə

 

Dedin ki: "Yetmişdi, gülməyim gəlir" -

gör, ömür bizlərə verdi, Çingiz,

həyat dediyimiz, sənə bəllidir,

dəryadı, ümmandı, nəhirdi, Çingiz.

 

Çılğın dalğalarda qalxıb, enərdik,

uğurlu misrayla qürrələnərdik,

qızlar baş qatardı, gec evlənərdik -

günlər yaşadıq qəhərli, Çingiz!

 

Əzəldən şairlər həmdəmi şamdı,

azmı göz yaşları qələmə damdı?

Söz saldım, dedilər: "Kişi adamdı!",

inan ki, neçənci səfərdi, Çingiz.

 

Hər vaxt doğma yolda, cığırda olar,

hirslənsə - yanında dağ xırda olar,

hərdən misraları ağır da olar -

təpədən-dırnağa fikirdi Çingiz.

 

O da "yeyən deyil heç qabağından",

bircə kəlməsi yox özgə bağından,

uzaq gəncliyimdən tanıdığımdan,

deyirəm: " sındı, girdi Çingiz!"

 

Ürəyi dostları unudan deyil,

kim deyər: "Şeirdə Çingizxan deyil?" -

əslikar odur ki, ev yıxan deyil,

bir ki, mükəmməl şairdi, Çingiz...

07.09.2014


MƏN
...

 

... olsun ki, gecə keçir,

Zaman axır ömrümüzdən,

Vaxt onsuz da gedəcəkdir

Yatmasam da, yatsam da mən.

 

Dünya adlı bu yerdə mən

Müvəqqəti yəhərdəyəm,

Düşəcəyəm yedəyindən

Yeddi əlnən tutsam da mən.

 

Cahan kimə yoldaşdı ki,

Kimə sirrini açdı ki?

Oğurluqdan yaxşıdı ki,

Xırda-xuruş satsam da mən!

 

Gör, haradan-hara vardın,

Şahlar şahı apardın?

Arzulardan kam alardım,

Bircəsinə çatsam da mən.

 

Mən göylərin öz oğluyam,

Gedəm, təzədən doğulam!

qarmaqlıq, torluğam -

Qəm gölünə batsam da mən...

 

HEYRANAM İLLƏRİN FƏSİLLƏRİNƏ...

 

Yağmurlar kəsildi, yollar qurudu,

qarlar da əriyib suya dönəcək,

Kiçik çiləninki boş gurultudu,

dünyanın təkəri yaya dönəcək.

 

Heyranam illərin fəsillərinə,

heç nəyi bənzəməz biri-birinə,

yaza çıxanların görüş yerinə

qumlu sahildəki qaya dönəcək.

 

Çoxdandı bu məkan mənim şəhərim,

qoynunda sevincim, xeyirim, şərim,

bəlkə haçansa bir odlu şeirim

"Vətən dastanında" Boya dönəcək.

 

O evin qazancı falçı - falında,

gəlini nagüman bədbin halında,

kişisi qürbətdə, qazanc dalında;

yazır ki: bu qışa, guya, dönəcək.

 

Çoxdandı inamı yoxdur heç kimə,

hey baxar toyunun şəkillərinə,

anlar - saatlara, saatlar - günə,

günlər uzanıb aya dönəcək.

 

Kefləri tox gəzər sərçə güdənlər,

quşlar cuşa gələr artdıqca dənlər,

yazdı, qız evinə elçi gedənlər -

payıza yollanıb toya dönəcək...

 

GEDƏM...

 

Bu gidi dunyada olsam da qərib,

sevgi əl götürmür yaxamnan, gedəm,

ömrün yollarında, meylim çəkməyib,

ya usta apara, ya xamnan gedəm!

 

Küləklər qardaşım, yel bacım ola,

nəfsim hər dərdimə əlacım ola,

ocağım, təndirim, öz sacım ola -

hər yerə öz halal yuxamnan gedəm.


Hərdən
dərd adamı yerə yıxanda -

uzaq gendə ola, doğma yaxında,

Allah eləməsin evdən çıxanda

ya şübhə, ya da ki, qorxumnan gedəm.

 

Gözü doymayanlar niyə kardı ki?!

Peyğəmbər öləndə apardı ki?

Vəsiyyət etməyə nəyim vardı ki? -

dünyadan yuxumdan durmadan gedəm!

 

Ora nərdivanlar yenmiş olmasa,

bənizi taleyin dönmüş olmasa,

bəxtimin ulduzu sönmüş olmasa -

üzünə baxmaqçün yaxınnan gedəm.

 

Bu gidi dünyada olsam da qərib,

sevgi əl götürmür yaxamnan, gedəm,

ömrün yollarında meylim çəkməyib,

namərdlə, evləri yıxannan gedəm...

 

QAYTAR...

 

sırıyıb bizlərə köhnə malını;

apar, satıcının özünə qaytar!

həm yalançının yalanlarını

utanma, tüpürüb, üzünə qaytar!

 

qazancı az olar ucuz alanın,

araya pərxaşlıq, dava salanın,

verdiyi payında gözü qalanın

zillən gözlərinlə gözünə, qaytar.

 

bəlkə tıncıxar hərdən nəfəsin,

gerçəyi görməyə yoxmu həvəsin?

hər sözün başında and içən kəsin,

borcunu, inanma sözünə, qaytar.

 

kimi təriflənər, kimi öyülər;

məclisdə hər nədən desən - deyilər,

əyrinin əlində düzlər əyilər,

geri getməlini düzünə qaytar.

 

dilə tut, yazığı - dindirmisənsə,

parıldat ulduzu endirmisənsə,

odlu bir ocağı söndürmüsənsə -

kişisən - alovu közünə qaytar!

 

görən xəbərdarmı Xəlq edən özü;

arabir pozular nizam-tərəzi,

qələmi korşalsa Vahid ƏZİZi

öpüb, unutduğu sözünə qaytar...

 

SƏNİN XATİRƏNƏ GÜLLƏR ƏKMİŞƏM...

 

Qışda da ətirli, yayda da tərdi -

sənin xatirənə güllər əkmişəm,

qəlbi daş olsan da, əzab çəkərdin,

bilsəydin dərdindən nələr çəkmişəm.

 

görmədin? - taleyim əllərindədir,

məndən gen dolaşır yaşıdlarım da,

görənlər anlamır səbəbi nədir,

sonbahar rəngi var gözyaşlarımda.

 

olsun ki, ölmərəm; yaşamaq eşqim

sənli məhəbbətə üstün gələcək.

gəlmirsən, özün bil, mənimki keçdi,

bir gün yalvarmağa tüstün gələcək.

 

saralır güllərin tər ləçəkləri,

yaşıl yarpaqların çöhrəsi solur,

deyəsən, sevərək dərd çəkənlərin

tapdığı bəlalar çarəsiz olur.

 

bəlkə hər şeyin təqsiri məndə,

gərəksiz sevgimi özümə göndər,

qəlbimdə olanı açıb deyəndə,

demədim: "sözünü tilsimə döndər"

 

daha sən varsan, xatirələr,

çıxdım yol azdıran dumanlarımdan,

üzdəki şırımlar, saçdakı dənlər

qalar o ağılsız zamanlarımdan...

 

ÇƏTİNLİK - DOSTLARIN SINAQ MƏQAMI

 

...Qaldı bir suala cavab bilməyim:

"təqsirkar sabahım, ya keçmişimdi?"

bəlkə , simamı dəyişməməyim

bu günlük ən ağır, müşkül işimdi!

 

çətinlik - dostların sınaq məqamı,

ürəyi yalandan yanan tanındı!

dar günlər - həyatın qaralan şamı,

doğma sayılanlar imtahanıdı.

 

ona bax, necə qorxmur Tanrıdan?

olsun ki, özünü üstün sayır!

bir zaman qapımın ağzında yatan,

üzümə çəmkirib, dişin qıcayır.

 

dünyanın çox imiş yaman işləri,

adət elədiyim haqqı-sayıdı!

adamlar tanıdım "xərçəng şişləri"

canında fır tutan yetim payıdı!

 

itlər hürüşdükcə karvanlar gedər,

çat verib dağılar xəbis olanlar,

paxıllıq azarı vəbadan betər -

içində çürümə mikrobları var!

 

verəcək saflığım öz bəhrəsini,

pislərin başına daş salar insan,

əziz dostlarının xatirəsini

məğrur yaşamaqla yaşadar insan...

 

BİZLƏRƏ KİM BATAR BİRLİK OLANDA!

 

Tarixə dönməkdə bu ilin yönü -

qoyular yeni bir vaxtın təməli,

amma millətimin Həmrəylik günü

bütün bayramlardan daha irəli!

 

Yeni il həm ki, yeni bir bahar -

çəmənlər göyərib, güllər açacaq,

qarşıda o qədər şənliklərim var;

birinci sevincim "Novruz" olacaq!

 

Amma ki, hələ ki, qış fəslindəyik,

hələ ki, gecələr gündən uzundu,

yolkalar gətirib, evlər bəzədik,

üstünə Yeni il şamları qondu.

 

Amma ən gözəli elin vüsalı!

onu əbəs yerə xatırlatmıram,

millətdən aralı, eldən aralı

bəxtəvər olanı xatırlamıram!

 

Bizlərə kim batar birlik olanda,

tarixim dözülməz olub, bilirəm!

Qürbətdə, lap elə, keflə qalanda

susuz çiçək kimi solub gəlirəm.

 

Alışın, Yeni il şamları, yanın,

Yurdumnan qəsbkar yadlar qovulsun,

Həmrəylik bayramın, Azərbaycanım,

həm Yeni ilin mübarək olsun!

 

BİZ NƏYİK ?..

 

Dənizlər havalanar tufan əsəndə,

hər dalğası eşqə düşən dəlidən betər,

bu dünyanı sən qədər tərifləsən -

bu gördüyüm belə gəlib, belə gedər!

 

Bağ-bağçayla oynamaqda sınan havalar,

göylərin heç qurumur gözünün yaşı,

göyüzünün dəmiri , poladı da var -

ən ağırı qismət salan başların daşı!

 

Biz nəyik ki? - ən uzağı eşqin barıyıq!

vaxt olur ki, kar yatıram, kor ayılıram,

Fələklə mən xırda-xuruş hesabdarıyıq;

sözləşmişik; o da sayır, mən sayıram.

 

"Yoxdan" gəldim, orda heç öyrətmədilər;

bu dünyaya çılın-çılpaq, saya saldılar,

axan qanlar, dava-dalaş, edam, qətllər...

dirilərlə hesablaşıb, saya saldılar!

 

Bu işlərin bir azı düz, qalanı kələk;

vaxt olur ki, iblislər şeirlər qoşur,

ara-sıra saydığını unudan fələk,

itirdiyi dəftərini məndən soruşur.

 

Biz nəçiyik? - ən uzağı eşqin barıyıq;

gecələrdə, ara-sıra sayaqlayıram,

Fələklə mən İlahinin hesabdarıyıq -

tapşırıblar; o da sayır, mən sayıram...


ŞEYTAN
MƏRCİ...

 

Şeytan yer gəzirdi - qaza qəbrimi,

bu yazıq, deyəsən, həddin aşıbdı!

Tanrıya söz verib çaşdıra məni!

mələklər çatdırdı: "Mərc qoşubdu".

 

Cəhd etdi, hər işim qala yarımçıq,

hər zaman Cırtdantək Şeytan ayıqdı,

gəldi - donu qısa, əndamı açıq;

bilirmiş, bir az da "suyum sıyıqdı"!

 

Arabir adamın yazığı gəlir;

a bədbəxt, ölməyim sənə gərəkdi?

Şeytan donnan-dona girməyi bilir,

mən isə Şeytanın bildiklərini.

 

Təpədən-dırnağa nazdı, qəmzədi,

şübhəli qalardım cinsindən hərdən,

hərlədi-fırladı, əməl yemədi,

axırda yoruldu öz əməlindən.

 

Bir görün, kimlərin boynunu qırdı -

Şeytan viran qoyub cür mülkləri!

Canavar meşənin "sanitarıdı",

Şeytan - yer üzünün əlgəzdirəni!

 

Nələr etmişəmsə, hamısın sayıb,

mükafat göndərib mənə Yaradan!

heç zaman Şeytandan qorxum olmayıb,

qorxmuşam insanlar şeytanlığından!

 

Kimlərsə deyəcək: "Şair uydurur,

girəvə düşübdür həlbət əlinə",

mərci Tanrımıza uduzan odur!

indi Şeytan özü dayaqdır mənə...

 

QARANQUŞ

 

Bu günə, sabaha geri gələcək,

bilir ki, qış çatır sona - qaranquş,

qayçı quyruğuyla lenti kəsəcək -

salar bina üstə bina qaranquş.

 

Qala şəklindədir hördüyü divar,

səmaya açılan bir ünvanı var,

saman çöpü gətir, gör necə yonar -

dülgər qaranquşdu, bənna qaranquş!

 

Yağmurlar evindən kənarda yağar,

qayğıkeş olanlar bala çıxardar,

təzə dil açana nəğmə oxudar

qaranquş dilində ana qaranquş.

 

Sakitcə baş verər köçüb-getməyi,

sevməz sızlamağı, giley etməyi,

sənə doğma Yurdu tərk eləməyi

hayıf ki, öyrədib durna, qaranquş!

 

Gəlməyi müjdədir, getməyi kövrək,

çünki ağır olar qürbətdə ölmək,

cür havaları isti eləyək -

qorxmasın soyuqdan dona qaranquş?..

 





05.12.2014    çap et  çap et