ABŞ-də 20 il əsirlikdə qalan kişi qəsdən yanğın törətməklə azad olub.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ay Konnektikut ştatının Uoterberi şəhərində baş verib.
56 yaşlı Kimberli Sallivan 20 il imiş ki, ögey oğlunu əsirlikdə saxlayırmış. Oğlana bu müddətdə olmazın işgəncə verən Sallivanın məqsədi bəlli deyil.
Azad olmaq üçün yollar axtaran əsir saxlandığı otağı yandırmaqla azadlığa çıxmağa cəhd edib və bu, onda alınıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram etdikdən sonra orada halsız və xəsarət almış kişini aşkar ediblər.
Tapılanda cəmi 30 kq çəkisi olan adı açıqlanmayan 32 yaşlı kişi polisə açıqlamasında ona verilən işgəncələrdən danışıb. Gündə cəmi 2 stəkan su və az miqdarda qida qəbul edən əsir sonuncu dəfə 14-15 yaşında bayıra çıxarıldığını da söyləyib.
Qeyd edək ki, Sallivan dünən polis tərəfindən saxlanılıb. Onu uzun müddətli həbs cəzası gözləyir.
L.Tağıyeva

çap et