525.Az

Azərbaycanın daha bir boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb


 

Azərbaycanın daha bir boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb<b style="color:red"></b>

Azərbaycan millisinin boksçusu Əli Abdullayev (65 kq) Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.

525.az-ın məlumatına görə, idmançı 1/4 finalda Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28).

O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.

Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.

 





14.03.2025    çap et  çap et