525.Az

Ötən il ölkə teatrlarında dövlət sifarişi ilə 9 tamaşa hazırlanıb


 

Ötən il ölkə teatrlarında dövlət sifarişi ilə 9 tamaşa hazırlanıb<b style="color:red"></b>

2024-cü ildə ölkə teatrlarında dövlət sifarişi ilə 9 tamaşa hazırlanıb.

525.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, il ərzində dövlət teatrlarının azad olunmuş ərazilərdə mütəmadi qastrol səfərlər həyata keçirilib.

2024-cü il ərzində dövlət teatrları Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Portuqaliya, Estoniya və Litvada qastrol səfərlərində olub.

Rusiya, Özbəkistan və Qırğızıstan teatr kollektivləri isə ölkəmizdə qastrol səfərində olublar ("Report").

 





14.03.2025    çap et  çap et