525.Az

Dövrümüzün Zərdabisi


 

Şirməmməd Hüseynov - 90

Dövrümüzün Zərdabisi<b style="color:red"></b>

1971-1976- illərdə Jurnalistika fakültəsində oxuyanların bəxti gətirmişdi. O vaxtlar fakültədə dərs deyən heç bir müəllimin tələbələrdən umacağı ola bilməzdi. Şirməmməd müəllim elə birinci kursdan bütün tələbələrə tapşırmışdı ki, əgər eşidəm-biləm ki, müəllimlər sizin qiymətinizi nahaqdan kəsib, mənə deyin. Heç nədən qorxmayın.

Bir dəfə isə kursumuzun qızlarını yığıb bizə dedi: "Bütün imtahanlar fakültədə keçiriləcək. Əgər hər hansı bir müəllim sizi imtahan götürmək bəhanəsilə başqa bir ünvana çağırsa, mənə məlumat verin. Mənim iki qızım var. Qızlara daha çox diqqət yetirmək, onları həmişə qorumaq lazımdır" (Bu barədə tələbə yoldaşım, tanınmış jurnalist Vəsilə Usubova vaxtilə "525-ci qəzet" ətraflı yazıb). Elə o vaxtdan Şirməmməd Hüseynovu  qeyrətli namuslu bir insan kimi tanıdıq. Şirməmməd müəllim kimi tələbələrin hüququnu qoruyan ikinci bir müəllim, dekan tanımıram. O vaxtdan 45 ilə yaxın bir dövr keçib. Bu illər ərzində onu dəyişməz, eyni zamanda haqq, ədalət uğrunda mücadilə aparan gördüm. Hələ indiyədək onun tapşırıqla qiymət yazdığını kimisə tapşırdığını eşitməmişəm. Ş.Hüseynov ömrü boyu özünün "qızıl" qanunları ilə yaşayan insandır.

Doğrusu, tələbəlikdən qorxu xofu var idi hamımızın canında. Elə ki, deyirdilər Şirməmməd müəllim gəlir, tez özümüzü yığışdırırdıq. Özünəməxsus xarakterə malik - ciddi, bəzən sərt, qaraqabaq, sözü üzə deməyi bacaran Şirməmməd müəllim mühazirəyə başlayanda dönüb tamam başqa adam olurdu. Mühazirələri o qədər maraqlı deyirdi ki, auditoriyada saatlarla ona qulaq asmaq istəyirdik. Dünya mətbuatı, jurnalistlərin fəaliyyəti ilə bağlı qeyri-adi faktlar onun mühazirələrinin əsas mahiyyətini təşkil edirdi. Şirməmməd müəllim planetimizdə baş verən hadisələr, siyasi məsələlərdən yan keçmirdi. SSRİ-nin tərkibində olan Azərbaycanın o vaxtkı durumu ilə bağlı söylədiyi cəsarətli fikirləri biz tələbələri düşünməyə vadar edirdi. Onun mühazirələrinin sorağı bütün respublikaya yayılmışdı. Elə ona görə Şirməmməd müəllimin mühazirələrində auditoriyada yad adamları görəndə təəccüblənmirdik. Biliklərə yiyələnmək istəyən tələbələrin arxa-dayağı idi. O vaxtlar mən xəyalımda axtardığım haqq ədalət təmsilçisini Şirməmməd müəllimin timsalında tapdım.

Yaxşı yadımdadır, ikinci kursda ədəbiyyat imtahanında mənə M.Ə.Sabirlə bağlı sual düşmüşdü. M.Ə.Sabirin 1958-ci ildə nəşr olunmuş kitabından xoşuma gələn bir şeiri əzbər dedim təhlil etdim. Təsadüfən həmin kitabı özümlə imtahana da gətirmişdim. Müəllim dedi ki, M.Ə.Sabirin belə bir şeiri yoxdur. Mən sübut üçün kitabın yanımda olduğunu bildirdim. O, isə mənə qulaq asmaq belə istəmədi. Qiymət kitabçama "4" yazdı. Əvvəlki imtahanlardan əla qiymət aldığımdan bu, mənə çox pis təsir elədi. Kitabı götürüb Şirməmməd müəllimin yanına getdim. Hadisəni olduğu kimi danışdım şeiri göstərdim. Şirməmməd müəllim dərhal müəllimi çağırtdırdı. Mənə isə narahat olmamağı tövsiyə etdi. Onların söhbəti xeyli çəkdi. Ədəbiyyat müəllimi dekanın kabinetindən çox pərt halda çıxdı məni sərt baxışlarla süzdü. Növbəti semestrdə həmin müəllimi fakültəmizdə görmədik.

Şirməmməd müəllim təkcə tələbələrinin haqqını müdafiə etməyib, eyni zamanda bütöv bir xalqın haqqı uğrunda qələm çalan ziyalılardandır. O, istiqlal tariximizin çox görkəmli araşdırıcısıdır. Milli dirçəliş, xalqımızın azadlığı uğrunda mücadilə aparan Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Mirzəbala Məmmədzadə, Üzeyir Hacıbəyli, Nəsib bəy Yusifbəyli kimi görkəmli şəxsiyyətlərin irsinin öyrənilməsi sahəsində çox böyük işlər görüb. Şirməmməd müəllim bu yaşında xalqımızın keçdiyi şanlı istiqlal yoluna işıq salmışdır. Şərqdə ilk müstəqil Azərbaycan Demokratik Respublikasının yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadənin bütün fəaliyyətini araşdırmış, onun Xalq, vətən üçün gördüyü işləri bugünkü oxucuya çatdırmışdır. Canından da artıq sevdiyi Vətənindən uzaq salınmış M.Ə.Rəsulzadənin "insanlara hürriyyət, millətlərə istiqlal" şüarı onun həyatının mənasına çevrilmişdir. Vətən həsrətilə yaşasa da, vaxtsa Azərbaycanın istiqlala qovuşacağına əmin idi. 1953- ilin mayın 28- "Azadlıq" radiosuna verdiyi müsahibədə hamını əmin edir ki, Azərbaycan istiqlala qovuşacaqdır. Onun 1918-ci ildə, Azərbaycan Demokratik Respublikasını yaradarkən, çox uzaqgörənliklə dediyi "Bir kərə yüksələn bayraq, bir daha enməz" sözləri özünü doğrultdu.

M.Ə.Rəsulzadənin məqalələrini oxuduqca Şirməmməd müəllimin Xalq Cümhuriyyətinin yaradıcısına olan hörmət ehtiramının səbəbini anladım. M.Ə.Rəsulzadə xalqın taleyini hər şeydən üstün tutub, yaratdığı dövlətdə, Milli Şuranın sədri olsa da, maaş almayıb, ancaq "Azərbaycan" qəzetindən aldığı qonorar hesabına yaşayıb. Tariximizi, ədəbiyyatımızı mükəmməl bilib, publisist, naşir, həm görkəmli siyasi xadim olub. Rəsulzadə azəri türklərinin bu torpağın ən qədim sakinləri olduğunu tutarlı faktlarla sübut edəndə, biz onu tarixçi kimi, böyük Nizamidən, M.F.Axundzadədən, "Çağdaş Azərbaycan ədəbiyyatından" yazanda isə ədəbiyyatşünas kimi tanıyırıq.

Şirməmməd müəllim bu dahi insanın əsərlərini toplamış kitab halında  (5 cild) nəşr etdirmişdi. Bu cildlərə M.Rəsulzadənin yüzlərlə məqaləsi toplanıb. Həmin məqalələrin hər biri müxtəlif məsələlərə həsr olunmuş ürəkyanğısı ilə yazılmışdır. Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Demokratik Respublika yaradanları çox fədakar insanlar kimi dəyərləndirir.

Azərbaycanın müstəqilliyi uğrunda son nəfəsinədək vuruşan Məhəmməd Əmin Rəsulzadənin məqalə çıxışlarını min bir zəhmətlə toplayıb nəşr etdirməyi özünün mənəvi borcu hesab edən Şirməmməd müəllimi böyük mücahid Məmməd Əminlə yaxınlaşdıran ümumi cəhətlər çoxdur. Əqidə bütövlüyü, Vətənin müstəqilliyini hər şeydən üstün tutması, bütün məsələlərə ədalətlə yanaşmasıdır. Şirməmməd müəllim illərlə adı yasaq olunan azadlıq mücahidlərinin məqalələrini toplayıb, oxucuların ixtiyarına verməklə, onların da haqlarını özlərinə qaytarmış oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması ilə bağlı verdiyi Sərəncam xalqımızın bu böyük oğluna olan hörmət ehtiramın əlamətidir.

Hər cür təmtəraqdan uzaq, sadə mənalı həyat tərzi sürən Şirməmməd müəllim gününü arxivlərdə keçirmiş, mətbuat tarixini ardıcıl araşdırmışdı. Bu araşdırmalar onun 5 cildlik "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri", "Müstəqilliyin çətin yolu... biz hara gedirik", "Haqq ədalət axtarışında", "Mənəvi irsimiz gerçəklik", "Ü.Hacıbəylinin nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri" sair əsərlərində öz əksini tapıb.

Hazırda Şirməmməd müəllim Xalq Cümhuriyyətinin parlamentində 23 ay müddətində deputatların etdiyi çıxışları nəşrə hazırlayır. Gördüyü işin aliliyini bildiyinə görə, bu işdən xüsusi zövq alır.

Şirməmməd müəllimin ömür-gün yoldaşı Ülkər xanımla işlədiyim "Elm həyat" jurnalında tanış olmuşam. Ülkər Hüseynova da yüksək intellektə malik ziyalı bir xanımdır. Tanınmış jurnalist, professional tərcüməçi olan Ülkər xanım 50 ildir ki, "Elm həyat" jurnalında şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Təşəbbüskarlığı, dünyagörüşü elmi biliklərə dərindən yiyələnməsi ilə fərqlənir. Azərbaycanda elmi jurnalistikanı yaradanlardan biri olmaqla yanaşı, bir neçə kitabın müəllifidir. Hazırda Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər şöbəsində çalışır.

Artıq uzun illərdir ki, bir-birimizin uğurlarına birgə sevinir, çətin günlərin kədərini birgə bölüşürük. Şirməmməd müəllimin gördüyü işlərdən hamıdan qabaq xəbər tuturuq. Mən indi Şirməmməd müəllimi görəndə özümü tələbə kimi hiss edirəm. Ülkər xanım Şirməmməd müəllimin qayğısını böyük məmnunluqla çəkir. Onun bu yaşda gümrah sağlam olmasında Ülkər xanımın çox böyük rolu var. Şirməmməd müəllimlə Ülkər xanımın övladları - Fərəh xanım Lalə xanım bu ailənin layiqli davamçılarıdırlar. Fərəh xanım Əliyeva sənətşünaslıq doktoru, professor, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektorudur. Digər qızı Lalə xanım isə Bəstəkarlar İttifaqının məsul katibidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Şirməmməd müəllimin 4 nəvəsindən ikisi elm yolunu seçib. Nilufər Yaponiyada, Toğrul isə Türkiyədə təhsillərini davam etdirirlər. Uzun illərin müşahidəsi mənə haqq verir deyəm ki, Hüseynovlar ailəsinin özülü halallıqdan yoğrulub. Yəqin ki, bu ailə estafetini nəvələr davam etdirəcəklər. Çünki onun başında Şirməmməd müəllim kimi müdrik bir ata baba dayanır.

1954- ildə Türkiyədə M.Ə.Rəsulzadənin 70 illik yubileyi keçirilərkən Krım tatarlarının məşhur ziyalısı Seyid Cəfər Krımərin M.Ə.Rəsulzadəyə yazdığı məktubunda deyilir: "Bir gün həyatınızı yazacaq bəxtli bir türk gənci, yaxud da şəxsiyyətinizi canlandıracaq bir türk sənətkarı ömrünüzün hər dövrünü qavrayıb anladıqca " şərəflidir mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram" - deyə sevinəcəkdir. Bunların əsərlərini oxuyan ya seyr edənlər Sizi daima sonsuz məhəbbət, hörmət zəhmətlə anacaqlardır".

S.C.Krımərin böyük uzaqgörənliklə dediyi sözlərini dövrümüzün Həsən bəy Zərdabisi olan professor Şirməmməd Hüseynov reallaşdırdı. Şirməmməd müəllim M.Ə.Rəsulzadənin əsərlərinin üçüncü cildinin ön sözündə yazır ki, artıq 20 ildən çoxdur ki, sifarişsiz təmənnasız bu böyük millət fədaisinin əsərlərini araşdırmaq, toplamaq nəşr etdirməklə məşğulam. Biz öz növbəmizdə deyirik: Yorulmayasınız Şirməmməd müəllim, hamımız Sizi sağlam, gümrah 100 yaşında görmək arzusundayıq.

 





05.12.2014    çap et  çap et