525.Az

Kamal Umudlu Avropa çempionatında


 

Kamal Umudlu Avropa çempionatında<b style="color:red"></b>

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

525.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

K. Umudlu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək. O, martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.

 





14.03.2025    çap et  çap et