525.Az

Güləşçimiz Avropa çempionu oldu


 

Güləşçimiz Avropa çempionu oldu<b style="color:red"></b>

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

525.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək çempion olub.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər. Bu gün turnirin son günüdür. 

 





15.03.2025    çap et  çap et