https://525.az/img/pics/medium/2024-01/300895_yt4bap2phx.jpg Bahar yorğunluğu - Aytac Sahəd yazır
https://525.az/img/pics/medium/2025-04/350143_371zf7paim.jpg "Mən Heydər Əliyevə sonsuz məhəbbət bəslənən bir ailədə böyümüşəm"
https://525.az/img/pics/medium/2024-11/334579_pgps7z3nkz.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
https://525.az/img/pics/medium/2023-03/261149_lh9qbcfwzl.jpg Mədəniyyət Tarlamızın fədakar Əkinçisi - Azərbaycan mətbuatı-150
search
21 Aprel 2025
20 Aprel 2025

Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın üç boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəliblər.

525.az xəbər verir ki, 50 kq çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb.

O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.