525.Az

BMT-nin Baş katibi vəzifəsində Quterreşi Qrossi əvəz edə bilər


 

BMT-nin Baş katibi vəzifəsində Quterreşi Qrossi əvəz edə bilər<b style="color:red"></b>

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibi Rafael Qrossi Antonio Quterreşdən sonra BMT-nin Baş katibi vəzifəsini tutması imkanını nəzərdən keçirir.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Infobae” portalı məlumat yayıb.

"Proses hələ başlamayıb", - portal R.Qrossinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, A.Quterreş 2021-ci ilin iyulunda yenidən beşillik müddətə seçilib və 2022-ci ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Onun BMT-nin Baş katibi vəzifəsində səlahiyyət müddəti 2026-cı ilin sonuna qədər davam edəcək.

 





15.03.2025    çap et  çap et