525.Az

Hələb aeroportu yaxın günlərdə fəaliyyətini bərpa edəcək


 

Hələb aeroportu yaxın günlərdə fəaliyyətini bərpa edəcək<b style="color:red"></b>

Hələb Beynəlxalq Hava Limanı martın 18-də fəaliyyətini bərpa edəcək.

525.az “Report” a  istinadən xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, Hələb hava limanı bütün texniki və inzibati prosedurlar başa çatdıqdan sonra uçuşları qəbul etməyə hazırdır.

2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya ilə beynəlxalq hava əlaqəsi yanvarın 7-də Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə bərpa edilib. Suriyaya ilk kommersiya uçuşu Dohadan həyata keçirilib.

 





15.03.2025    çap et  çap et