525.Az

Avstraliyanın baş naziri: Ukraynaya sülhməramlıların göndərilməsi sülh əldə edildikdən sonra mümkündür


 

Avstraliyanın baş naziri: Ukraynaya sülhməramlıların göndərilməsi sülh əldə edildikdən sonra mümkündür<b style="color:red"></b>

Avstraliya Ukraynaya sülhməramlıları yalnız sülh əldə edildikdən sonra göndərə bilər.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ölkənin yeni baş naziri Entoni Alboneze "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Lakin onun sözlərinə görə, bu, "sülhün ilkin şərtini" tələb edir.

"Avstraliya Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasında istənilən əhəmiyyətli irəliləyişi dəstəkləyir. Bizim beynəlxalq sülhməramlı missiyalarda 80 illik iştirakımızla sülhü dəstəkləmək ənənəmiz var", - baş nazir yazıb.

 





15.03.2025    çap et  çap et