525.Az

Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib


 

Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib<b style="color:red"></b>

Serbiyanın Xalq Məclisinin (birpalatalı parlament) binası qarşısında mülki geyimli hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan etirazçı prezident sarayını partlatmaqla hədələyib, onun üzərində bomba aşkar edilməyib.

525.az "Report" a istinadən məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Belqradda Daxili İşlər Nazirliyinin əməkdaşları 1972-ci il təvəllüdlü V.B. inisialları olan şəxsi həbs edərək xidməti binaya gətiriblər. O, bu gün <...> mühafizəçilərə onun üzərində iki bomba olduğunu və prezident sarayının binasını partlatmaq istədiyini bildirib. Şəxsin üzərində baxış keçirilərkən partlayıcı qurğular aşkar edilməyib", - Serbiya DİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

 





15.03.2025    çap et  çap et