525.Az

Boksçularımızdan beynəlxalq turnirdə 3 medal


 

Boksçularımızdan beynəlxalq turnirdə <b style="color:red">3 medal</b>

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurublar.

525.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Kruzito Kovaçı (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.

 





16.03.2025    çap et  çap et