525.Az
Daha bir küçə təmirə bağlandı
Bakıda daha bir küçədə hərəkət məhdudlaşıb.
Nəqliyyatın İntelektual İdarə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsindən (Şamaxinka) Bakı-Sumqayıt şossesi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Asif Məhərrəmov küçəsindən istifadə etmələri tövsiyə olunur.
06.12.2014
çap et