525.Az

Paşinyan Makronu Bakı - İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması barədə məlumatlandırıb


 

Paşinyan Makronu Bakı - İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması barədə məlumatlandırıb<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Bakı və İrəvan arasında sülh müqaviləsinin mətninin təsdiqlənməsinin tamamlanmasını müzakirə edib.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə Fransa prezidentinə məlumat verib”, - məlumatda bildirilir.

Söhbət zamanı Ermənistan-Fransa, Ermənistan-Avropa İttifaqı münasibətləri, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı məsələlər də müzakirə olunub.

 





16.03.2025    çap et  çap et