525.Az

Zelenski Orduya yeni Baş Qərargah rəisi təyin edib


 

Zelenski Orduya yeni Baş Qərargah rəisi təyin edib<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.

525.az "Report" a istinadən xəbər verir ki, təyinat martın 16-da Baş Qərargahın rəsmi səhifəsində elan olunub.

Bildirilir ki, bu, qoşunların idarə edilməsinin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilib.

Xatırladaq ki, o, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini tutub.

 





16.03.2025    çap et  çap et