525.Az

Polşadakı ukraynalı qaçqınlar orduya çağırılır


 

Polşadakı ukraynalı qaçqınlar orduya çağırılır<b style="color:red"></b>

Lüblin şəhərində məskunlaşan ukraynalı qaçqınlara çağırış vərəqəsi göndərilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xəbər saytlarından biri "Telegram" hesabında məlumat yayıb.

Xəbərdə xaricdə yaşayan ukraynalıların çağırış vərəqəsində göstərilən vaxtda "Ukrayna legionu" mərkəzinə yaxınlaşması tələb olunub.
Məlumat rəsmi təsdiqini tapmadığından, onun doğru olub-olmaması bəlli deyil. Amma Lüblində "Ukrayna legionu" mərkəzinin fəaliyyət göstərməsi dəqiqdir.

Söz düşmüşkən, ötən ilin payızında Polşa və Ukrayna "Ukrayna legionu"nun yaradılması barədə razılığa gəliblər. Legiona bir neçə min ukraynalının cəlb olunacağı gözlənilsə də, noyabrın sonuna mərkəzə cəmi 30 nəfər müraciət etmişdi.

L.Tağıyeva

 





17.03.2025    çap et  çap et