525.Az

ADU-da Polşada Azərbaycan və polyak dillərində nəşr olunan dərsliyin təqdimatı keçirilib


 

ADU-da Polşada Azərbaycan və polyak dillərində nəşr olunan dərsliyin təqdimatı keçirilib<b style="color:red"></b>

Dünən Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyevanın Polşanın “Dialoq” nəşriyyatında Azərbaycan və polyak dillərində nəşr olunan “Azərbaycan dili“ (Varşava Universiteti üçün) dərsliyinin təqdimat mərasimi keçirilib.

Tədbirdə ADU-nun rektoru Səməd Seyidov  çıxış edərək Azərbaycan dilinin dünyada ən çox yayılmış dillər sırasına qoşulmasına öz töhfəsini verən “Azərbaycan dili“ dərsliyinin müəllifi Fəridə Səfiyevanın əməyini xüsusi qiymətləndirib. Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtmağın bir sıra sahələrlə mümkün olduğunu deyən rektor  Azərbaycan dilinin tanıdılmasında, digər ölkələrdə inkişaf etdirilməsində Polşada Azərbaycan dilinin tədrisində bir vasitəyə çevriləcək kitabın mühüm hadisə olduğunu qeyd edib.

Azərbaycan elminin dünya səviyyəsinə qalxması, dünya ölkələri tərəfindən qəbul olunması və bu ölkələr arasında Azərbaycan dilinə zərurətin olmasından xəbər verdiyini deyən professor Səməd Seyidov Azərbaycan dilinin dünyaya tanıdılması və yayılmasının Azərbaycan Dillər Universiteti üçün prioritet məsələ olduğunu deyib.

Milli Məclisin deputatı təqdimatı keçirilən kitabın elmi redaktoru Nizami Cəfərov bu dərsliyin çapdan çıxmasını böyük hadisə kimi qiymətləndirib. O, Fəridə Səfiyevanın kitabın hazırlanmasında xüsusi məsuliyyətlə çalışdığını deyib. Dərslikdə professor F. Səfiyevanın tətbiq etdiyi metodun düzgün olduğunu deyən N. Cəfərov kitabda verilmiş dil öyrətmə modellərinin digər dillərdə də istifadə oluna biləcəyini vurğulayıb.

“Azərbaycan dili“ dərsliyinin müəllifi Fəridə Səfiyeva dərsliyin Polşanın Varşava Universitetində təqdimat mərasiminin keçirilməsi məqsədilə yanvar ayında oraya dəvət aldığını söyləyib. Kitabın ərsəyə gəlməsində əməyi keçən və ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Vəfa MƏMMƏDLİ

 





06.12.2014    çap et  çap et