525.Az

ABŞ-də qasırğalar nəticəsində ölənlərin sayı 36-a çatıb 


 

ABŞ-də qasırğalar nəticəsində ölənlərin sayı 36-a çatıb <b style="color:red"></b>

ABŞ-nin mərkəz və şərqində tüğyan edən qasırğalar azı 36 insanın həyatına son qoyub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında məlumat verib.

Böyük dağıntılara səbəb olan tornado və qasırğaları izlədiklərini yazan Tramp Arkanzas ştatında milli qvardiyanın mütəxəssislərinin işlədiklərini də bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Ağ Ev adminstrasiyasının qasırğanln fəsadlarının aradan qaldırılmasında yerli məmurlara dəstək göstərməyə hazır olduğunu da vurğulayıb.

L.Tağıyeva

 





17.03.2025    çap et  çap et