525.Az

2 nəfəri öldürdüyü 35 il sonra bəlli oldu


 

2 nəfəri öldürdüyü 35 il sonra bəlli oldu<b style="color:red"></b>

ABŞ-də 35 il əvvəl qardaş-bacını öldürmüş cinayətkarın əməlinin üstü indi açılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayəti törədən şəxs 56 yaşlı Kennet Perridir.

Hadisə 1990-cı il iyulun 15-də Corciya ştatının Stoun-Mauntin şəhərində baş verib. Mənzillərin birində 46 yaşlı Con Sampterin meyiti tapılıb. Onun 43 yaşlı bacısı Pamela isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

2 həftə sağ qalan qadın ifadəsində cinayəti qardaşının evinə çağırdığı tanışının törətdiyini, onu tanımadığını bildirib. O vaxt cinayətkar tapılmasa da, onun hadisə yerində qoyduğu izlər məlumatlar bazasına yerləşdirilmişdi.

2024-cü ildə Perrinin DNT nümunələri bazaya yükləndildən sonra hər şey üzə çıxıb. Dəlillər qarşısında söz tapmayan Perri törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, onun ifadəsindən sonra Pamela ilə sevgili olduğu, o vaxt qadının Perrini ələ verməmək üçün yalan ifadə verdiyi məlum olub.

L.Tağıyeva

 





17.03.2025    çap et  çap et