525.Az

Aİ Suriyaya 2,5 milyard avro yardım ayıracaq


 

Aİ Suriyaya 2,5 milyard avro yardım <b style="color:red"> ayıracaq</b>

Avropa İttifaqı (Aİ) Suriyaya maliyyə yardımını əhəmiyyətli dərəcədə artıracaq.

525.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ Suriyaya 2025 və 2026-cı illər üçün təxminən 2,5 milyard avro ayıracaq.

Fon der Lyayen BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına istinad edərək, bu il 1,5 milyon suriyalının öz ölkəsinə qayıda biləcəyini vurğulayıb.

Avropa Komissiyasının sədri yardım üçün üç prioritet istiqaməti vurğulayıb: humanitar ehtiyacların ödənilməsi, sosial-iqtisadi dirçəlişin dəstəklənməsi və ölkənin inklüziv siyasi prosesinin təşviqi.

O, digər donorları da Suriyaya dəstək olmağa çağırıb.

İbrahim Cəfərov

 





18.03.2025    çap et  çap et