525.Az

Yeni ildən yanacağın bahalaşması gözlənilirmi?


 

Yeni ildən yanacağın bahalaşması gözlənilirmi?<b style="color:red"></b>

Yeni ilin əvvəlindən Azərbaycanın daxili bazarında avtomobil benzininin satış qiymətinin artırılması ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bu barədə "Report"a Tarif Şurasından məlumat verilib.

"Hazırda Azərbaycanda yanacağın bahalaşması ilə bağlı məsələ Tarif Şurasında müzakirə olunmur", - deyə Şuradan bildirilib.

Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də bu xəbəri təkzib edib: "SOCAR yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib".

 





06.12.2014    çap et  çap et