525.Az

Məşhur alman şirkəti minlərlə işçini ixtisar edəcək


 

Məşhur alman şirkəti minlərlə işçini ixtisar edəcək<b style="color:red"></b>

Almaniyanın məşhur avtokonsernlətindən biri olan "Audi" 2029-cu ilə kimi 7 min 500 işçini ixtisar etməyi planlaşdırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Audi"nin başçısı Hernot Dellner bildirib.

Kompaniya rəhbərinin sözlərinə görə, dünya iqtisadiyyatının hazırki vəziyyəti, rəqib şirkətlərin təzyiqi, dünyada siyasi qeyri-müəyyənlik onları çıxılmaz vəziyyətə salıb və bu addımı atmağa məcbur edib. Dellner həmçinin, əsasən administrativ işçilərinin ixtisar olunacağını, fəhlə qüvvəsinə toxunulmayacağını da söyləyib.

Qeyd edək ki, sözügedən ixtisarlar "Audi"yə 1 milyar dollar qənaət etməyə imkan verəcək.

L.Tağıyeva

 





18.03.2025    çap et  çap et