https://525.az/img/pics/medium/2025-04/350413_p9v13l63me.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-04/350293_xpj49vxqhq.jpg 95 yaşlı UNEC-in zəngin və yenilikçi kitabxanaları
https://525.az/img/pics/medium/2025-02/344909_e3kynidlsd.jpg Azərbaycanda ən çox tənqid edilən təşkilat - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2025-04/350412_tfikgzhtom.jpg "Onsuz illərdə çox mübariz olmağı, haqlarımı tələb etməyi öyrəndim"
search
23 Aprel 2025
22 Aprel 2025

“Qarabağ”ın sabiq futbolçusu üçün 1 milyon avro ödədilər

“Qarabağ”ın sabiq futbolçusu üçün 1 milyon avro ödədilər


"Qarabağ"ın sabiq futbolçusu, hazırda Yunanıstanın  "Panserraikos" klubunda çıxış edən Luka Quqeşaşvilinin mövsümün sonunda komandasını dəyişəcəyi haqda xəbər vermişdik.

Gürcüstan millisinin üzvü yeni mövsümdən Yunanıstanın köklü klublarından olan PAOK-da çıxış edəcək.

QOL.az Yunanıstanın BMG nəşrinə istinadən xəbər verir ki, artıq 25 yaşlı qolkiper üçün təzminat məbləği də ödənilib. Saloniki təmsilçisinin gürcü qapıçı üçün onun hazırkı klubuna 1 milyon avro təzminat ödədiyi bildirilib.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib. Bu mövsüm Yunanıstan Superliqasında 25 oyun keçirən Luka 5 matçda qapısını toxunulmaz saxlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.