525.Az

Hondurasda təyyarə qəzası


 

Hondurasda təyyarə qəzası<b style="color:red"></b>

Roatan adasından havaya qalxan "Lanhsa" aviaşirkətinə məxsus təyyarə uçuşdan az sonra dənizə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə göyərtədə olan 25 sərnişindən 6-ı həyatını itirib.

33 nəfər üçün nəzərdə tutulmuş "Jetstream 41" markalı təyyarə hava limanından 1 km məsafədə suya düşüb. Hadisə yerinə gələn xilasedicilər cəlb olunublar. Onlar sərnişinləri sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, La-La-Seyba şəhərinə uçmalı olan təyyarənin qəza səbəbləri araşdırılır. İlkin ehtimal kimi texniki problemlər göstərilir.

L.Tağıyeva

 





18.03.2025    çap et  çap et