Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə “Baharın rəngli sehrləri” adlı master-klas keçirilib.
ADPU-dan 525.az-a bildirilib ki, tələbələrin yaradıcılıq potensialını inkişaf etdirmək və Novruz bayramının zəngin adət-ənənələrini rəngarəng formada əks etdirmək məqsədi daşıyan layihə çərçivəsində tələbələr Novruz bayramının simvollarını əks etdirən müxtəlif əl işləri hazırlayıblar. Həmçinin milli adət-ənənələri əks etdirən müxtəlif oyun və viktorinalar keçirilib, iştirakçılara kiçik hədiyyələr təqdim edilib.
Sevinc Qarayeva