525.Az

Braziliyada İlyas Əfəndiyevin “Seçilmiş əsərləri” nəşr olunub


 

Braziliyada İlyas Əfəndiyevin “Seçilmiş əsərləri” nəşr olunub<b style="color:red"></b> Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə Braziliyada ədibin “Seçilmiş əsərlər” kitabı çap edilib. Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə işıq üzü görən kitaba müəllifin portuqal dilinə tərcümə olunmuş “Sən həmişə mənimləsən”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” pyesləri daxil edilib.

Səfirlikdən “525”ə verilən məlumata görə, yeni nəşrə Braziliya Mədəniyyət Nazirliyinin Milli İncəsənət Fondunun prezidenti Quti Fraqa və Azərbaycanın bu ölkədəki səfiri Elnur Sultanov “Ön söz” yazıblar.
 
Yaxın günlərdə kitabın Rio de Janeyro şəhərində təqdimatı keçiriləcək.

S.ABDULLAYEVA
 





06.12.2014    çap et  çap et