525.Az

Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib


 

Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib<b style="color:red"></b>

Tacikistan parlamenti Qırğızıstanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib.

525.az bu barədə “Report” a istinadən xəbər verir. 

Bu saziş ölkələr arasında mübahisəli ərazilər barədə təxminən 23 il davam edən danışıqlardan sonra martın 13-də Bişkekdə Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov tərəfindən imzalanıb.

Qırğızıstan və Tacikistan arasındakı sərhədin uzunluğu təxminən 980 km təşkil edir, o cümlədən mürəkkəb dağlıq relyefə malik ərazilərdən keçir.

 





18.03.2025    çap et  çap et