525.Az

“YARAT” təqdim edir: Gənc müəlliflərin işlərindən ibarət eksperimental videoproqram


 

 “YARAT” təqdim edir: Gənc müəlliflərin işlərindən ibarət eksperimental videoproqram<b style="color:red"></b> Dekabrın 6-da, “YARAT” təşkilatı Milli İncəsənət Muzeyində Azərbaycan və xarici ölkələrdən olan gənc müəlliflərin işlərindən ibarət eksperimental videoproqram keçirəcək.

Təşkilatdan “525”ə bildirildiyinə görə, tədbirdə əməkdar incəsənət xadimi, rəssam və kurator Səbinə Şıxlinskayanın rəhbərliyi ilə keçirilmiş “YARAT”ın ARTIM layihəsi çərçivəsində çəkilmiş bir sıra videolar, həmçinin Fransanın tanınmış videorəssamı Robert Kaenin ustad dərslərindən hazırlanmış videolar göstəriləcək. Proqrama əlavə olaraq Azərbaycan rejissoru və fotoqrafı, 2012-ci ilin “Start” festivalının mükafatçısı Zamir Süleymanovun videoəsərləri də nümayiş olunacaq.

Videoproqram çərçivəsində Səbinə Şıxlinskayanın ustad dərsinin iştirakçılarından Səbinə Abbasovanın “Facade make-up”, Fərhad Haqverdiyevin “Azadə”, Pərvanə Persianinin “Atəşlə oyun”, Veronika İsayevanın “Eskalatordakı qız”, Natəvan Əliyevanın “Beytləşmə”, Ayxan Xəlilovun “Kəndirlənmiş incəsənət”, “Cavabsız zəng”, Nərmin İsrafilovanın “Səsin yaranışı”, Elvin Adıgözəlin “Ölümsüz təlxək”, Aysel Nağıyevanın “Dəm” işləri daxildir.

Tədbirdə həmçinin Robert Kaenin ustad-dərslərinin iştirakçılarından Çinar Məcidovanın “Dalan 7”, Endrü Nairnin “Başıqapazlılıq”, Tamar Çadunelinin “Azadlığın gözəlliyi”, Yana Malışevanın “Qar komalı yol”, Aydan Mirzəyevanın “Məkan”, Vüsal Rəhimin “Otaq”, Visente Plaza Qonzalesin “Paranoya”, Ülviyə Həsənovanın “Rekursiya”, Fatimə Hüseynzadənin “Siçovullar”, İlahə Xalıqovanın “Görünməz”, Nəzrin Musayevanın “Dəyərmi?” işləri də nümayiş olunacaq.

Gecənin proqramına Zamir Süleymanovun eksperimental video işlərindən isə “Bağ”, “An”, “Bütün maşınlar neft daşıyır”, “Ağrıdağı” daxildir.

S.ABDULLAYEVA
 





06.12.2014    çap et  çap et