525.Az
“Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” yad edilib
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” mövzusunda tədbir keçirilib.
Tədbir görkəmli şair-dramaturq Hüseyn Cavid və ədəbiyyatşünas alim Məmməd Arif Dadaşzadəyə həsr olunub. “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının informasiya resursları mərkəzinin dəstəyi ilə reallaşan mərasimdə bu iki böyük şəxsiyyətin yaradıcılığından, Azərbaycan ədəbiyyatındakı mövqeyindən söhbət açılıb.
Elm, ədəbiyyat, incəsənət xadimləri iştirak etdikləri tədbirdə incəsənət ustaları H.Cavidin şeirlərini və şeirlərinə yazılmış mahnıları ifa ediblər.
S.ABDULLAYEVA
06.12.2014
çap et