525.Az

Cütlük 600 yaşı olan xəzinə tapdı


 

Cütlük 600 yaşı olan <b style="color:red"> xəzinə tapdı</b>

Britaniyalı xəzinə axtaran cütlük 15-ci əsrə aid xəzinə tapıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kit Yanq və Liza Stivenson Şotlandiyanın Kapperklyu kəndi yaxınlığında qazıntı apararkən 30 sikkə aşkarlayıb.

Sonradan ərazidə axtarış aparan arxeoloqlar torpaqdan daha 5 sikkə çıxarıblar.

Qızıl və gümüşdən olan sikkələrin üzərindəki yazılar onların 1460-1465-ci illə aralığında döyüldüyünü deməyə əsas verir.

Xəzinəni qeyri-adi edən isə orada həm ingilis, həm də şotland pul vahidlərinin olmasıdır. 

Qeyd edək ki, 15-ci əsrdə İngiltərədə gümüşdən döyülmüş qrout, Şotlandiyada isə qızıldan hazırlanmış demi dövriyyədə olub. Xəzinədə olan sikkələr də məhz qrout və demidir.

L.Tağıyeva

 





19.03.2025    çap et  çap et