525.Az

Türkiyənin maliyyə naziri: "Lirənin dəyər itirməsi fonunda bazarların sağlamlaşdırılması üçün addımlar atılır"


 

Türkiyənin maliyyə naziri: "Lirənin dəyər itirməsi fonunda bazarların sağlamlaşdırılması üçün addımlar atılır"<b style="color:red"></b>

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşek ölkədə son günlər baş verən iqtisadi dalğalanmalar fonunda hökumətin bazarların sabit fəaliyyətini təmin etmək üçün tədbirlər gördüyünü bildirib.

525.az bu barədə Report-a istinadən xəbər verir. 

“Bazarların sağlam fəaliyyəti üçün bütün zəruri addımlar atılır. İqtisadi proqramın icrasını qətiyyətlə davam etdiririk”, - nazir vurğulayıb.

Bu açıqlama İstanbul Baş Prokurorluğunun korrupsiya, rüşvətxorluq və pulla ələ alma işi üzrə başladığı istintaq fonunda verilib. Məlumata görə, şəhər meri Əkrəm İmamoğlunun saxlanıldığı, həmçinin 100-dən çox şəxsə korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamları irəli sürüldüyü bildirilir.

Bu xəbərlərin ardından İstanbul birjasında indeks açılışda 6,87 % geriləyib, türk lirəsi isə tarixi minimumunu yeniləyib. Paralel olaraq, “X”, “YouTube”, “TikTok” və “Instagram” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

 





19.03.2025    çap et  çap et