525.Az

Kreml: Ukraynada məqsədimiz müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh yolu ilə həlldir


 

Kreml: Ukraynada məqsədimiz müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh yolu ilə həlldir<b style="color:red"></b>

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov müvəqqəti atəşkəsin Ukrayna ordusu üçün müvəqqəti möhlətdən başqa bir şey olmayacağını bildirib və əlavə edib: "Məqsədimiz hələ də uzunmüddətli sülh yolu ilə həll etməkdir. Biz qanuni maraqlarımızı nəzərə alan sülh yolu ilə həll üçün çalışırıq. Narahatlıqlarımız məlumdur", - deyib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov “Rossiya-1” dövlət televiziyasına verdiyi açıqlamada ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın dünən ona zəng edərək Kiyevlə bağlanmış razılaşmanı izah etdiyini bildirib.

Uşakov qeyd edib ki, o, Valsla müntəzəm əlaqə saxlayır.

Uşakov Ukraynada müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmalarla bağlı Rusiyanın mövqeyini ABŞ tərəfinə çatdırdığını, Ukraynada təklif olunan müvəqqəti atəşkəsin Ukrayna ordusu üçün müvəqqəti möhlətdən başqa bir şey olmadığını bildirib.

"Məqsədimiz hələ də uzunmüddətli sülh yolu ilə həlldir. Biz qanuni maraqlarımızı nəzərə alan sülh yolu ilə həllə çalışırıq. Narahatlıqlarımız bəllidir. Dinc hərəkətləri imitasiya edən belə addımlar (Ukraynada) heç kimə lazım deyil", - Uşakov bildirib.

Malik Atilay 

 





13.03.2025    çap et  çap et