525.Az

Ukrayna: Rusiya ordusu hava zərbələri ilə Suca şəhərini demək olar ki, tamamilə dağıdıb


 

Ukrayna: Rusiya ordusu hava zərbələri ilə Suca şəhərini demək olar ki, tamamilə dağıdıb<b style="color:red"></b>

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bəyan edib ki, Rusiya ordusu Kursk vilayətindəki Suca şəhərini “demək olar ki, tamamilə darmadağın edib”.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya ordusunun Kursk vilayətində Ukrayna ordusunun nəzarətində olan Suca şəhərinin geri alınması ilə bağlı açıqlamalarını dəyərləndirib.

Şəhərin intensiv hava hücumlarına məruz qaldığını qeyd edən Kovalenko, "Rus ordusu hava hücumları ilə Suca şəhərini demək olar ki, tamamilə yerlə-yeksan etdi. Şəhər və ətrafı dağıdıldı, yalnız bir neçə mülki bina qaldı" deyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna ordusunun nəzarətində olan ən böyük şəhər olan Sucanın geri alındığını açıqlayıb.

Malik Atilay 

 





13.03.2025    çap et  çap et