Avropa İttifaqı (Aİ) ölkələrində gözlənilən yaşam uzunluğu 81,4 yaşa qədər artıb, ən uzun yaşam müddəti İspaniya və İtaliyada müəyyən edilib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində gözlənilən ömür uzunluğu ilə bağlı məlumatları açıqlayıb.
Məlumata görə, 2023-cü ildə Aİ ölkələrində gözlənilən ömür uzunluğu əvvəlki illə müqayisədə 0,8 il artaraq 81,4 yaşa çatıb.
Gözlənilən ömür uzunluğu 2002-ci illə müqayisədə 3,8 il artıb.
Qadınların orta ömür uzunluğu kişiləri 5,3 il üstələyib.
Aİ ölkələrində gözlənilən ömür uzunluğu qadınlar üçün 84, kişilər üçün isə 78,7 il olub.
Aİ ölkələrində ən uzun ömür uzunluğu İspaniyada 84, İtaliyada 83,5, Lüksemburq, Malta və İsveçdə 83,4, Fransada 83 il müəyyən edilib.
Qeyd edək ki, Almaniyada gözlənilən ömür uzunluğu 81,1 il, ən aşağı 75,6 il Latviya, 75,8 il Bolqarıstan və 76,4 il Rumıniyadadır.
Malik Atilay
çap et