Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının son bir həftə ərzində Rusiya ərazisinə daxil olan Kursk vilayətində 29 yaşayış məntəqəsini geri aldığını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada martın 8-14-də Rusiya ordusunun Kursk vilayətində fəaliyyəti ilə bağlı məlumat verilib.
Rusiya qüvvələrinin bölgədəki Ukrayna əsgərlərinə qarşı hücumlarını artırdığı bildirilən açıqlamada “Suca da daxil olmaqla bölgədəki 29 yaşayış məntəqəsi azad edilib”.deyilib.
Rusiya Müdafiə Nazirliyi dünən Kursk vilayətində Ukrayna ordusunun nəzarətində olan ən böyük şəhər olan Sucanın geri alındığını bildirib.
Martın 12-də Rusiya prezidenti Vladimir Putin hərbi geyimdə Kursk vilayətindəki komanda mərkəzinə baş çəkib və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovdan bölgədəki vəziyyətlə bağlı məlumat alıb.
Qeyd edək ki, 6 avqust 2024-cü ildə Ukrayna əsgərlərinin Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ölkə ordusu arasında başlayan qarşıdurmalar davam edir.
Malik Atilay
çap et