525.Az

Taylandda qayıqda yanğın: Britaniyalı turist itkin düşüb


 

Taylandda qayıqda yanğın: <b style="color:red">Britaniyalı turist itkin düşüb</b>

Taylandın Koh Tao adasının sahillərində gəmidə yanğın baş verib, 26 yaşlı britaniyalı turist Aleksandra Klarkın itkin düşdüyü bildirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Taylandın məşhur istirahət məkanı olan Koh Tao adasının sahillərində turistləri daşıyan Davy Jones Locker adlı gəmidə yanğın baş verib. Qayıqda olan 21 nəfər xilas edilərkən, britaniyalı turist Aleksandra Klarkın itkin düşdüyü bildirilib.

Londonun cənubundakı Lambethdən olan 26 yaşlı Klarkın yanğın zamanı qayıqdakı ayaqyolunda olduğu iddia edilib. Yanğın yerli vaxtla saat 09:25-də fövqəladə vəziyyət siqnalı verilməzdən əvvəl başlayıb.

Malik Atilay 

 





17.03.2025    çap et  çap et