525.Az

"Neftçi"nin şikayəti təmin edilmədi


 

"Neftçi"nin şikayəti təmin edilmədi<b style="color:red"></b>

AFFA “Neftçi”nin futbolçusu  Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti ilə əlaqədar qərarını açıqlayıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, şikayət təmin edilməyib.

Hücumçu Azərbaycan kubokunun 1/4 inal mərhələsində “Kəpəz”lə oyunun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. İntizam Komitəsi futbolçunu 2 oyunluq cəzalandırmış, klubu 1500 AZN məbləğində cərimələmişdi.

AFFA bu qərarı qüvvədə saxlayıb. 

 





19.03.2025    çap et  çap et