525.Az
Masallı bazarı yandı
Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən güclü yanğınla bağlı məlumat yayıb.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Masallı şəhərində ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
08.12.2014
çap et