525.Az

Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 44 %-dən çox artıb


 

Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 44 %-dən çox artıb<b style="color:red"></b>

Ötən il fiziki şəxslərin Azərbaycandan Çinə pul köçürmələrinin həcmi 11,779 milyon ABŞ dolları təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 44,32 % və ya 3,617 milyon ABŞ dolları artıb.

Köçürmələrin ümumi həcmində Çinə transfertlərin payı 2,2 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan Çinə fiziki şəxslərdən pul köçürmələrinin həcmi 8 milyon 162 min ABŞ dolları, xarici ölkələrə isə ümumi köçürmələrin həcmi 550 milyon 126 min ABŞ dolları təşkil edib.

 





20.03.2025    çap et  çap et