525.Az

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb


 

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 19,203 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.

525.az bu barədə “Report” a istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,9 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 388,491 milyon ABŞ dolları dəyərində yerli istehsal malları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 1,3 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (67,395 milyon ABŞ dolları; 24,4 % az), Türkiyə (40,497 milyon ABŞ dolları; 24,7 % az), Çin (33,797 milyon ABŞ dolları; 22,4 % az), Bolqarıstan (28,13 milyon ABŞ dolları; 8,3 dəfə çox) və Ermənistan (21,625 milyon ABŞ dolları; 0,1 % çox) olub.

 

 





20.03.2025    çap et  çap et