525.Az

Küləkli hava şəraiti davam edəcək


 

Küləkli hava şəraiti davam edəcək<b style="color:red"></b> Noyabrın 22-də Azərbaycanda küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 22-də bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.
 





21.11.2012    çap et  çap et