525.Az

İki məktəbin damı uçdu


 

İki məktəbin damı uçdu<b style="color:red"></b> Ötən gün Siyəzən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.
 
Siyəzən rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından (FHK) APA-nın yerli bürosuna verilən məlumata görə, güclü külək rayona elektrik enerjisinin verilməsində fasilələr yaradıb.
 
Güclü külək nəticəsində Siyəzən 4 nömrəli və Qozağacı kənd orta məktəblərinin dam örtüyü uçub. Bundan əlavə, rayonun Beşdam, Kiçik Həmyə, Qozağacı və Qalaşıxı kəndlərinə bir neçə yaşayış evinin damı və hasarını külək uçurub.
 
Siyəzən FHK-nın sədri Zəfər Əliyevin APA-ya verdiyi məlumata görə, küləyin fəsadları ilə bağlı baxış keçirilib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
 





08.12.2014    çap et  çap et